
Logistika sahəsində ölkə brendinə çevrilən “166 Yükdaşıma və Logistika” şirkəti növbəti təcrübə proqramına start verir!
Artıq ardıcıl olaraq dörd ildir davam edəcək “166 Logistika Akademiyası – 2022” təcrübə proqramına dördüncü kurs tələblələri, magistr dərəcəsi üzrə təhsil alan tələbələr və ya yeni məzun olan namizədlər müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər.
“166 Logistika Akademiyası – 2022” təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:
Qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər hr.166.az işə qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müraciətin son qəbul tarixi: 15.08.2022
Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.
2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 4200-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 153 nəfər Akademiyaya qəbul olunub və onların əksəriyyəti hal-hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə çalışırlar.

Könüllülük
May 29, 2024

Təcrübə Proqramları
May 23, 2024

Təcrübə Proqramları
May 22, 2024

Təcrübə Proqramları
May 21, 2024

Təcrübə Proqramları
May 19, 2024

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb