Təcrübə Proqramları

ABB-dən “Biznes Bankçılıq-İnkişaf proqramı”

Profile picture

Tecrube.az

Dərc edilib:

Yenilənib:

Hazırda açıq təcrübə elanlarına və müraciət qaydalarına baxın
ABB-dən “Biznes Bankçılıq-İnkişaf proqramı”

ABB karyeranızda yeni fürsətlər yaradacaq layihə ilə qarşınızdadır!

Ölkənin maliyyə qurumları arasında ən yaxşı işəgötürən olmağı hədəfləyən ABB gənclərə uğurlu karyera qurmaq fürsəti təqdim edir.

Belə ki, “Biznes Bankçılıq-İnkişaf proqramı”na qoşularaq korporativ biznes, kiçik və orta sahibkarlarla iş sahələrində müxtəlif yönümlü təlimlərdə iştirak etmək, təcrübə qazanmaq və proqramı müvəffəqiyyətlə bitirdikdə işləmək fürsəti əldə edə bilərsiniz.

Müraciət şərtləri:

  • Bakalavr, magistr məzunları və ya magistr tələbələri;
  • Maliyyə, İqtisadiyyat, Biznes və Bank işi ilə əlaqəli ixtisas məzunları;
  • Yüksək səviyyədə ingilis dili biliyi olan şəxslər;
  • Yaşı 22-28 olan şəxslər.

Seçim prosesi CV skrininq, imtahan və müsahibə mərhələlərindən ibarətdir. Bu mərhələləri uğurla başa vuran namizədlər inkişaf proqramında iştirak haqqı qazanacaqlar. O cümlədən, proqramı uğurla başa vuran bütün iştirakçılar sertifikatla təltif olunacaqlar. ABB karyera portalına keçid edib müraciət edərək inkişaf proqramına qoşula bilərsiniz: https://lnkd.in/dzGFSD_h

Qeydiyyat üçün son tarix: 10.09.2023

İndi müraciət edin, karyera fürsətini qaçırmayın!


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb

ABB-dən "Biznes Bankçılıq-İnkişaf proqramı" - Təcrübə.az | Tecrube.az