Təcrübə Proqramları

“ABB Rəqəmsal Maarifləndirmə” proqramı

Profile picture

Tecrube.az

Published: February 16, 2024

“ABB Rəqəmsal Maarifləndirmə” proqramı

“ABB Rəqəmsal Maarifləndirmə” proqramı ilə karyeranda uğurlu başlanğıc et!

Gənclərin inkişafına xüsusi diqqət göstərən Bankımız 18 – 25 yaş aralığında tələbələrə, yaxud ali təhsilini yeni bitirmiş gənclərə uğurlu karyera imkanları yaradır. Belə ki, onlar “ABB Rəqəmsal maarifləndirmə” proqramında iştirak edərək ABB-də təcrübə qazanma fürsəti əldə edəcəklər.

Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:

  • Çeviklik
  • Təşəbbüskarlıq
  • Həvəslilik
  • İşgüzarlıq
  • Gülərüzlük
  • Məsuliyyətlilik
  • Ünsiyyətcillik

Hədəfimiz 3-6 ay ərzində gənclərimizə şəxsi inkişaf məqsədlərinə çatmağa və gələcək karyera imkanlarını genişləndirməyə kömək etməkdir. Onlar asudə vaxtlarını səmərəli idarə edərək, əmək vərdişlərini, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərini, liderlik və sosyal bacarıqlarını inkişaf etdirə biləcəklər.

📌Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram