Təcrübə Proqramları

AFB BANK-da təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: July 6, 2023

AFB BANK-da təcrübə proqramı

İT strukturunun ATM və POS Terminallar sahəsində karyera qurmaq istəyənlər üçün Təcrübə Proqramımızı sizə təqdim edirik!

 

Təcrübə proqramına kimlər müraciət edə bilər?

  • Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
  • Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.

 

Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili və İngilis dili biliyi üstünlükdür);
  • Hardware və Help desk bilikləri;·
  • Diqqətli və məsuliyyətli olmaq;·
  • Problem həll etmə bacarığı.

 

Qeyd edək ki, təcrübə proqramının sonunda müsbət nəticə göstərənlərin işə qəbulu nəzərdə tutulmuşdur.

 

Komandamıza qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizi mövzu sətrində “ATM və POS terminallar üzrə təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram