“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Yay təcrübə proqramına” start verir
Tecrube.az
Published: July 15, 2022
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Yay təcrübə proqramına” start verir
Təcrübə proqramının keçirilməsində məqsəd gənclərin maarifləndirilməsi, vaxtlarının səmərəli keçirilməsi və praktiki bacarıqların artırılmasıdır.
Layihə müddətində iştirakçılar üçün mütəxəssislər tərəfindən müxtəlif istiqamətlər üzrə təlimlər təşkil olunacaq:
Karyera planlaması
PR strategiyası
Stressin idarə olunması
Vaxtın idarə olunması
İnsan Resurslarının idarəedilməsi
İşgüzar etiket və protokol qaydaları
Effektiv təqdimat bacarıqları
Liderlik bacarıqları
Layihələrin İdarəedilməsi
İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə nəzəri hissədən əlavə müxtəlif şəxsi inkişaf təlimləri, işgüzar səfərlər, görüşlər, HR, PR və PM üzrə praktiki tapşırıqların təşkili nəzərdə tutulur.