Təcrübə Proqramları

Aqronomiya üzrə maaşlı təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: November 12, 2023

Aqronomiya üzrə maaşlı təcrübə proqramı

Aqronomiya üzrə təcrübə proqramı

Şirkət: Agrico

Son tarix 06 dekabr 2023

“AGRİCO” MMC aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir!

“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq.

3 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər?

Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz:

  • Yerli və xarici mütəxəssislərdən öyrənmək imkanı;
  • Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
  • Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
  • Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.
  • Təcrübə proqramımız ödənişlidir.

Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq.

İndi isə, istərdim sizinlə, proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimizi bölüşüm:

Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);

Dil bilikləri: İngilis dili (intermediate və üzəri).

Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən hr@agrico.az elektron ünvanına mövzu hissəsinə “Təcrübə Proqramı” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2024, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram