Təcrübə Proqramları

ARDNF- də Yay Təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: April 18, 2023

ARDNF- də Yay Təcrübə proqramı

ARDNF- də Yay Təcrübə proqramı elan olunur.

Azərbaycan Respublikası Dövlət Neft Fondunda sonuncu kurs tələbələri, məzunlar, magistr və ya MBA pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş Yay Təcrübə proqramına iyun ayında start verilməsi planlaşdırılır. Proqramın davam edəcəyi 8 həftə ərzində təcrübəçilər, İnvestisiya, Risklərin İdarəedilməsi, Neft Kontraktları İnsan Resursları, Büdcə Proqnozlaşdırma və Layihələr, Mühasibat uçotu və hesabatı, İctimaiyyətlə Əlaqələr, Daxili Audit, Hesablaşmalar, Hüquq, İnformasiya Texnologiyaları kimi fərqli departamentlərdə və İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsində real iş mühitində təcrübə və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik vərdişlər qazanmaq imkanı əldə edəcəklər.

Təcrübə proqramı ilə maraqlanan tələbələrdən mövzu hissəsində müvafiq struktur bölmənin adını qeyd etməklə CV-lərini GraduateProgram@oilfund.az ünvanına göndərmələri xahiş olunur.
Müraciətlərin qəbulu üçün son icra tarixi: 28 aprel 2023-cü il


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram