Təcrübə Proqramları

ARDNŞ-də Ödənişli İstehsalat Təcrübəsi Proqramı

Profile picture

Tecrube.az

Published: May 10, 2022

ARDNŞ-də Ödənişli İstehsalat Təcrübəsi Proqramı

SOCAR motivasiyalı və istedadlı gənc məzunlar üçün aşağıda qeyd olunan ixtisaslar üzrə “Ödənişli İstehsalat Təcrübəsi Proqramı” elan edir.

İxtisaslar:
– Geologiya
– Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi
– Kimya Texnologiya
– İqtisadiyyat və idarəetmə
– Neft-qaz-mədən
– Mühəndis (qaz təsərrüfatı üzrə)
– NÖC və Avtomatika
– Mexanika
– Energetika

Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:
– Azərbaycan Respublikasının vətəndaşı olmalı;
– Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;
– Tələbələr tələb olunan ixtisaslar üzrə bakalavr pilləsi üzrə sonuncu kursda (sonuncu semester) və ya magistratura pilləsində təhsil alan tələbə olmalıdır;
– Təcrübə proqramı dövründə SOCAR ilə əmək münasibətlərində olmamalıdır (SOCAR işçisi olmamalıdır);

Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir:
– I mərhələ: Müraciət edən gənclərin ixtisas biliklərinin və məntiqi təfəkkürünün yoxlanılması məqsədilə test imtahanı təşkil edilir.
– II mərhələ: İxtisas qrupları üzrə test imtahanından müvafiq keçid balını toplayan gənclər üçün müsahibələr təşkil olunur.

Qeyd: Namizədin cari proqram dövrü ərzində yalnız bir elektron müraciəti nəzərə alınır və bir ixtisas üzrə namizədliyi qəbul edilir.

Son müraciət tarixi: 15 may 2022

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram