Təcrübə Proqramları

Artlife Sahil praktiki təcrübə proqramı elan edir

Profile picture

Tecrube.az

Published: August 10, 2022

Artlife Sahil praktiki təcrübə proqramı elan edir

Artlife Sahil praktiki təcrübə proqramı elan edir! Proqram 2 istiqaməti əhatə edir:

1.Koordinator assistenti
2.Rəssam assistenti

Seçdiyiniz istiqamətə uyğun olaraq tərəfimizdən tərtib olunan proqram müddəti ərzində bizimlə birgə real iş mühitində,yaradıcı atmosferdə bilik və bacarıqlarınızı inkşaf etdirə biləcəksiniz.

🗒️Axtardığımız şəxslər:

  • Öyrənməyə və inkşafa böyük həvəsi olan
  • Araşdırma qabiliyyətli
  • Komandada işləmə bacarığı olan
  • Yaradıcı və analitik düşüncə bacarıqlarına sahib
  • Təşəbbüskar və daim yeni təkliflər irəli sürən
  • Ünsiyyətcil, çalışqan və məsuliyyətli olmalıdır

💫Qazanacaqlarınız:

  • Komanda ilə işlmək imkanı
  • Kommunikasiya bacarıqları
  • Sosial media ilə iş
  • Yeni insanlarla tanış olaraq öz dost çevrəni genişləndirəcəksən
  • İşlə təmin olunma imkanı
  • Şəxsi bacarıqlarınızı tətbiq və inkşaf etdirə biləcəyiniz mühit

Təcrübə müddəti: 3 ay

Kimlər qoşula bilər: Tələbələr, gələcək karyerasını qurmağa çalışan şəxslər.

Komandamızın dəyərli bir üzvü olmaq istəyən şəxslər müraciət üçün ramil.ahmadli@artlife.az elektron poçt ünvanına başlıqda “Koordinator assistenti” və ya “Rəssam assistenti” qeyd edərək CV göndərə bilərlər.

Son müraciət tarixi: 20 avqust 2022
Hər kəsə uğurlar!


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram