Təcrübə Proqramları

“AS İnşaat” MMC təcrübə proqramları

Profile picture

Tecrube.az

Published: November 10, 2023

“AS İnşaat” MMC təcrübə proqramları

“AS İnşaat” MMC aşağıda qeyd olunan sahələr üzrə gənc mütəxəssislər üçün təcrübə proqramı elan edir. Proqramda iştirak etməklə ilk rəsmi iş yeri, minimum əmək haqqından aşağı olmayan əmək haqqı, korporativ mühitdə işləmək təcrübəsi, nəzəri biliklərinizin praktiki tətbiqi, müxtəlif tikinti layihələrində geniş təcrübə qazana bilərsiniz.

  • Texniki ofis mühəndisi
  • Planlama mühəndisi
  • Memar
  • Smeta mühəndisi
  • Təchizat və satınalma mütəxəssisi

Tələblərimiz:

  • Qeyd olunan sahələrdə nəzəri biliklər.
  • Ofis proqramları bilikləri
  • Orta ingilis dili bilmək əlavə üstünlükdür.

İş şərtləri: 5 günlük iş həftəsi, 8 saatlıq iş günü.

Ünvan: Elmlər Akademiyası mst.-nın yaxınlığı

Proqramda iştirak etmək istəyən namizədlər CV-lərini “ təcrübə proqramı” başlığı altında HR@asinshaat.az e-mail ünvanına göndərə bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram