Təcrübə Proqramları

ASAN Akademiya – 2024

Profile picture

Tecrube.az

Published: February 19, 2024

ASAN Akademiya – 2024

“ASAN Akademiya 2024” layihəsinə start verilir!

 

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “bp Azərbaycan” şirkətinin dəstəyi ilə “ASAN Akademiya 2024” layihəsi həyata keçiriləcək.

 

2 ay müddətində davam edəcək layihənin əsas məqsədi:

 

  • gənclərin təcrübi biliklərə yiyələnərək əmək fəaliyyətlərinin artırılması
  • karyeralarında irəliləmələri üçün təkan verilməsi
  • gənclərin intellektual potensialının düzgün dəyərləndirilməsi
  • sosial aktivliklərini artırmaqları ilə Respublikamızda gedən inkişafa öz töhfələrini vermələrinə şərait yaratmaqdır.

 

Qeyd edək ki, layihədə 17-26 yaş aralığında qeydiyyatdan keçmiş, müsahibə əsasında uğurlu hesab edilən, liderlik potensialı olan və inkişafa meyilli 60 gənc iştirak edəcək.

 

Qeydiyyat linki: https://forms.gle/72iqy5Q6DL2MxnX69

 

Son müraciət tarixi: 29 fevral, 2024-cü il, saat 18:00


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram