reklam

Azər Türk Bank istedadlı gənclərimizə dəstək və tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq məqsədilə Vətən müharibəsində şəhid olmuş həmkarımız Rauf Əliyevin xatirəsinə təsis edilmiş təqaüd proqramını davam edir.

Sosial proqramda Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, aztəminatlı ailənin üzvü olan, çalışqan, 2-ci və 3-cü kurs tələbələri iştirak edə bilər. Proqramda iştirak etmək niyətində olan tələbələr aşağıda qeyd edilən məlumatları təqdim etməklə iştirak üçün müraciət edə bilərlər.

  • Tələbəninadı soyadı və atasınınadı, ş/v məlumatları
  • Tələbənin qeydiyyatda olduğuvə faktiki ünvanı
  • Təhsil aldığı universitet, ixtisas və kurs barədə məlumat
  • Son 2 semestr üzrə yüksək qiymətləri (minimum 80 bal) təsdiq edən sənəd
  • Tələbə ilə əlaqə vasitəsi (telefon və e-mail)
  • Tələbə tərəfindən proqramda iştirak səbəbini bildirən kiçik (1 səhifəlik) müraciət
  • İnformasiya Texnologiyaları sahəsində tələbəlik dövründə hazırlamış olduğunuz məhsul barədə məlumat

Proqram çərçivəsində ali məktəbin və ATB nümayəndələrinin birgə iştirakı ilə seçilən tələbələrə 2022-ci ili əhatə edən tədris dövrü üzrə hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd veriləcəkdir.

Müraciət üçün son tarix – 12 may 2022-ci il

Müraciət göndər

reklam