Background pattern
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

Elektromexanika üzrə peşə təcrübəsi proqramı

banner-ads

Ümumi məlumat

"Bakı Metropoliteni" QSC Elektromexanika üzrə peşə təcrübəsi proqramı elan edir!

Bakı Metropolitenində nasos və ventilyasiya sistemlərinin öyrənilməsi sahəsində praktiki bilik və bacarıqlar əldə etmək, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!


Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əmək haqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı


Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər


Metropoliten sizə nə vəd edir?

  • Nahar (güzəştli)
  • Metropolitendən ödənişsiz istifadə

Öhdəliklər

  • Elektromexaniki avadanlıqların işləməsinə nəzarətdə mühəndisə kömək etmək;
  • Layihə və texniki sənədlərlə işləmək, çertyoj və sxemləri öyrənmək;
  • Texniki ölçmə və yoxlama proseslərində iştirak etmək;
  • Praktiki bacarıqları inkişaf etdirmək və mühəndis heyətinə gündəlik işlərdə dəstək olmaq.

Tələblər

Biz kimləri axtarırıq?

  • Yaşı 22-35 arası olan gənclər
  • Təhsili elektrik mühəndisi, avtomatika, mexanika və texnoloji maşınlar üzrə olan məzunlar
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

11 Fevral 2026

Elan tarixi

13 Mart 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb