Background pattern
Azerconnect

Enerji qəbul işləri üzrə təcrübəçi

Azerconnect

Bakı

13 Noyabr 2025

banner-ads

Ümumi məlumat

IKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

 

“Azerconnect Group” şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023, 2024 və 2025-ci illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb. 

 

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Biz nə təklif edirik

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Öhdəliklər

  • Sahələrin enerji işləri üçün qəbulu proseslərində mühəndislərə dəstək olmaq, təcrübə toplamaq və icazə verilən işlərdə iştirak etmək, qüsurların aşkarlanması və həlli üçün sənədləşdirilməsi;
  • İlkin sifariş və son tikinti xərclərini təhlil etmək, yaranmış fərqlərə dair hesabatlar hazırlamaq;
  • Müəyyən edilmiş Qəbul Bölməsi prosesini, prosedurlarını və tapşırıqlarını yerinə yetirmək;
  • Sifariş və tələblərə uyğun olaraq Azerconnect anbarına təhvil verilmiş elektrik avadanlıqlarının, materiallarının təhcizatını texniki xüsusiyyətlərinə, tələblərə uyğun şəkildə təmin edilməsini yoxlayıb, təhvil-təslim barədə analizlər etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • Bakalavr mühəndisliyi dərəcəsi və ya ekvivalenti (Elektrik, Radio Rabitə / Telekommunikasiya);
  • Sürücülük vəsiqəsi;
  • Avtomobil idarəetmə;
  • Elektrik mühəndisliyi üzrə təcrübə arzu olunandır;
  • Dil: Azərbaycan (səlis), İngilis (üstünlük hesab olunur);
  • Kompüter proqramları: MS Office proqramları (əlavə proqram bacarıqları qiymətləndiriləcək).

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

13 Noyabr 2025

Elan tarixi

30 Noyabr 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb