Background pattern
PASHA Insurance

Məhkəmə İşləri üzrə Təcrübəçi

PASHA Insurance

Bakı

23 İyun 2026

banner-ads

Ümumi məlumat

PAŞA Sığorta ASC namizədləri Məhkəmə İşləri üzrə Təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə Hüquq Departamentinin fəaliyyətinə dəstək göstərərək məhkəmə proseslərində sənədlərin hüquqi ekspertizasının aparılması, iddia ərizələrinin hazırlanması və müvafiq sistemlərə yüklənməsi kimi əsas funksiyaları əhatə edir, eyni zamanda hüquqi biliklərin tətbiqi və komandada səmərəli əməkdaşlıq imkanları yaradır.


Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı;
  • Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
  • Şəffaf və açıq korporativ mədəniyyət;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Öhdəliklər

  • Məhkəmələrdə iddiaların qaldırılması üçün sənədlərin hüquqi ekspertizasını həyata keçirmək;
  • Sənədləri sistemləşdirmək və iddia ərizələrini tərtib etmək;
  • İddia ərizələrini və digər sənədləri müvafiq sistemə yükləmək.

Tələblər

Bilik və Bacarıqlar

  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • Yaxşı səviyyədə hüquqi yazı bacarıqları;
  • MS Office proqramlarını (Word, Excel) praktiki yaxşı səviyyədə bilmək;
  • Mülki, sığorta, əmək və prosessual qanunvericilik üzrə əsas biliklər;
  • Komandada işləmək və yüksək ünsiyyət bacarıqları;
  • Çətin şəraitdə işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Təşəbbüskarlıq və idarəçilik bacarıqları.


Təhsil və Təcrübə

  • Hüquq fakültəsinin sonuncu kursunda təhsil alan və ya yeni məzun olmuş şəxslərə üstünlük verilir.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

23 İyun 2026

Elan tarixi

23 İyul 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb