Background pattern
m10

Müştəri Əlaqələri üzrə Təcrübəçi

m10

Bakı

19 İyun 2026

banner-ads

Ümumi məlumat

Müştərilərlə operativ və peşəkar ünsiyyət quraraq onların müraciətlərinin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi prosesində iştirak edəcək Müştəri Əlaqələri üzrə Təcrübəçi axtarırıq.

Öhdəliklər

  • Əlaqə Mərkəzinə təyin edilmiş əlaqə kanalları vasitəsilə daxil olan müraciətləri qəbul etmək və müştərilərin suallarını cavablandırmaq;
  • Daxil olan müraciətin növünü (şikayət, istək, təklif, sorğu və s.) müəyyən etmək və sistemdə qeydiyyata almaq;
  • Müraciətləri müəyyən edilmiş qaydalara uyğun araşdırmaq və aidiyyəti struktur bölmələrə yönləndirmək;
  • Müraciətlər üzrə əldə olunan nəticələr barədə müştəriləri məlumatlandırmaq;
  • Şirkətin məhsul və xidmətləri üzrə yenilikləri izləmək və müştərilərə düzgün məlumat təqdim etmək;
  • Müştərilər tərəfindən ünvanlanan müraciətləri idarə etmək, onların qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi üçün müvafiq sistemlərdən istifadə etmək və nəzarət etmək.

Tələblər

  • Ali təhsil;
  • Müştəri yönümlü yanaşma;
  • Azərbaycan dilini sərbəst, rus dilini isə yaxşı səviyyədə bilmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Yeni məlumatları tez mənimsəmək və öyrənməyə açıq olmaq;
  • Komandada işləmək və əməkdaşlıq qurmaq bacarığı;
  • Məsuliyyətli və diqqətli olmaq.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

19 İyun 2026

Elan tarixi

8 İyul 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb