Background pattern
AZCON

“Rəqəmsal körpü” Təcrübə Proqramı

AZCON

Bakı

17 Noyabr 2025

banner-ads

Ümumi məlumat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram İT sahəsində təhsil alan sonuncu kurs bakalavr tələbələrinə akademik biliklərini real iş mühiti ilə birləşdirmək imkanı verir. 2026-cı ilin fevral – may aylarını əhatə edəcək proqram iştirakçılara müvafiq sahə üzrə təcrübəli mütəxəssislərlə birgə çalışmaq, onların bilik və bacarıqlarından yararlanmaq, həmçinin peşəkar iş mühitini yaxından tanımaq fürsəti yaradacaq.

Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları veriləcək.


Seçim mərhələləri

  1. Müraciətlərin proqrama uyğunluğunun ilkin qiymətləndirilməsi;
  2. Məntiqi təfəkkürün və analitik düşünmə qabiliyyətinin yoxlanılması üzrə imtahan;
  3. Müsahibə.


Qeyd:

Proqram, eyni zamanda ali təhsil müəssisələri tərəfindən zəruri hesab edilən “Diplomqabağı istehsalat təcrübəsi”ni də əhatə edir. Seçim prosesini uğurla keçən hər bir tələbə təhsil müəssisəsindəki akademik göstəriciləri, imtahan və müsahibə nəticələri nəzərə alınmaqla AZCON Holding şirkətlərindən birində və ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində təcrübəyə cəlb olunacaq. Tələbələrin təcrübə keçdiyi müəssisədən asılı olmayaraq onlara təqdim edilən imtiyaz və imkanlar bərabər əsaslarla təmin ediləcək.

Öhdəliklər

Şirkət tərəfindən məlumat veriləcək

Tələblər

Şirkət tərəfindən məlumat veriləcək

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

17 Noyabr 2025

Elan tarixi

30 Noyabr 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb