Background pattern
Azerconnect

Şəbəkə monitorinqi üzrə təcrübəçi

Azerconnect

Bakı

18 Noyabr 2025

banner-ads

Ümumi məlumat

IKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

 

“Azerconnect Group” şirkəti dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023, 2024 və 2025-ci illər üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görülüb. 

 

“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Biz nə təklif edirik

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Öhdəliklər

  • Şəbəkə, İT, İntellektual Şəbəkə və ya abunəçi tərəfində yaranan hər hansı problemlərin qeydiyyatına, bu haqda məlumat verilməsinə və məlumatın yayılmasına görə məsuliyyət daşımaq;
  • Şəbəkədən maksimal şəkildə istifadəni və müştəri məmnuniyyətini təmin etmək məqsədilə bütün planlaşdırılmış işlərə yardım göstərmək və dəstək olmaq;
  • Mühüm məsələlərlə bağlı xəbərdarlıq etmək, onları eskalasiya etmək və yeniləmək;
  • Narazılıq haqqında bildirişlərin (Trouble Ticket-lərin) emalına və həll edilməsinə nəzarət etmək;
  • Əsas keyfiyyət göstəricilərinin həyəcan siqnallarına (alarmlara) nəzarət etmək;
  • Radio və Transmissiya Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
  • Əsas Şəbəkə elementlərinin fəaliyyət vəziyyətinə nəzarət etmək;
  • Səs, SMS və Data trafikinin artım və azalma dinamikasına nəzarət etmək;
  • İT və İntellektual Şəbəkə elementlərini monitorinq etmək;
  • Təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların icrasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən şifahi və ya yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət və təlimatlara uyğun şəkildə yerinə yetirmək;
  • Şirkətə məxsus məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • Telekommunikasiya və ya İnformasiya Texnologiyaları üzrə ali təhsil;
  • Mobil şəbəkə sahəsində təcrübə;
  • Şikayətlərin idarə olunması sahəsində təcrübə və müştəriyəyönümlü yanaşma;
  • 3-cü və yuxarı kurs tələbələri və ya Telekommunikasiya və İnformasiya Texnologiyaları fakültələrinin yaxın dövrdə məzun olmuş tələbələri;
  • Azərbaycan, İngilis və Rus dilləri;
  • Microsoft məhsulları üzrə biliklər;
  • Yeni texnologiyaların yaranması və telekommunikasiyanın inkişafını izləmək;

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

18 Noyabr 2025

Elan tarixi

30 Noyabr 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb