Background pattern
PASHA Insurance

Sənədlərin idarəolunması üzrə təcrübəçi

PASHA Insurance

Bakı

30 İyun 2026

banner-ads

Ümumi məlumat

“PAŞA Sığorta” ASC namizədləri Sənədlərin idarəolunması üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Təcrübəçi sənəd dövriyyəsinin təşkili və idarəolunması proseslərində, daxili normativ-hüquqi sənədlərin tələblərinə uyğun əməliyyatların icrasında, eyni zamanda komanda fəaliyyətinin səmərəliliyinin artırılmasına və əməliyyat proseslərinin effektiv həyata keçirilməsinə dəstək göstərəcəkdir.


Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada işləmək imkanı
  • Fərdi və peşəkar inkişaf üçün şərait
  • Şirkət daxilində öyrənmə və təcrübə qazanmaq imkanı
  • İnnovativ və şəffaf iş mühiti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Öhdəliklər

  • Şöbəyə daxil olan sənədlərin qəbulunu həyata keçirmək
  • Sənədlərin qaydalara uyğun olaraq toplanmasını və arxivləşdirilməsini təşkil etmək
  • Sənədlərin düzgün ünvanlandığını və rekvizitlərinin mövcudluğunu yoxlamaq
  • Göndərilən sənədlərin imza, möhür və əlavələrinin tamlığını yoxlamaq
  • Sənədləri göndərmək üçün hazırlamaq, qaimələri yazmaq və konvertlərə tikmək
  • Qaimələri ayırmaq, şöbədə qalan qaimələri qovluqlara yerləşdirmək və nüsxələrin geri qaytarılmasına nəzarət etmək
  • Şirkətə gələn qonaqları qarşılayıb yönləndirmək və lazım gəldikdə müşayiət etmək
  • Yaranan sualları aidiyyəti üzrə araşdırmaq və məlumat vermək
  • Müraciətləri qeydə almaq və lazım gəldikdə hesabat təqdim etmək

Tələblər

  • Ali təhsil
  • Komunikasiya və ünsiyyət bacarıqları
  • Komandada işləmək bacarığı
  • Sənəd dövriyyəsi və kargüzarlıq prosesləri barədə məlumatlı olmaq
  • Məsuliyyətlilik və dürüstlük
  • Stresə davamlılıq və yaranan şəraitdə tez reaksiya göstərmək
  • Dəqiqlik və öz fikirlərini aydın ifadə etmək bacarığı
  • Sığorta qanunvericiliyi üzrə baza biliklər
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

30 İyun 2026

Elan tarixi

30 İyul 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb