Background pattern
AGA Group

Süni intellekt üzrə təcrübə proqramı

AGA Group

Bakı

3 Noyabr 2025

banner-ads

Ümumi məlumat

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC Süni intellekt üzrə təcrübə proqramılayihəsi üzrə təcrübə proqramı elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin Avtomatlaşdırma və Rəqəmsallaşma üzrə yeni layihələrdə yaxından iştirak edərək təcrübə qazanmasına və karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə proqramı 3 ay müddətində nəzərdə tutulub.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

 

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Təcrübə proramı sizə nə qazandıracaq:

 

  • Maliyyə/Faktorinq üzrə yeni layihələrimizdə real iş təcrübəsi;
  • Mentor dəstəyi və öyrənmə mühiti;
  • Təcrübə sonunda iş imkanı.

Öhdəliklər

  • Şirkət əməliyyatlarının avtomatlaşdırılmasında iştirak etmək;
  • Süni intellekt alətlərinin iş proseslərinə tətbiqi;
  • AI agent-lər haqqında araşdırmalar aparıb, onların hazırlanması və test edilməsinə kömək etmək;
  • Proseslərin rəqəmsallaşdırılması və optimallaşdırılmasına kömək etmək;
  • Yeni texnoloji həllərin araşdırılması.

Tələblər

  • Ali təhsil (Komputer elmləri, IT və digər oxşar sahələr);
  • Süni intellektlər və süni intellekt agentlərinə maraqlı olmaq (n8n, Zapier, Make axınları haqqında biliklər üstünlük sayılacaq);
  • Python-da AI üçün baza biliklər: məlumatların təmizlənməsi və emalı (NumPy, pandas);
  • Klassik ML anlayışlarında bilik: model qurulması və yoxlanılması;
  • Generativ AI və LLM-lər: prompt yazımında, kontekst idarəsində, və sadə RAG axınlarının qurulmasında məlumatlı olmaq;
  • MS Office və Google Tool-larından istifadə edə bilmək
  • İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək;
  • Məsələlərə analitik yanaşmaq;
  • Süni intellekt üzrə ən azı 1-2 real layihə (freelance, şəxsi və ya universitet).

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Yarım-ştat

İş rejimi

3 Noyabr 2025

Elan tarixi

2 Dekabr 2025

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb