Təcrübə Proqramları

AZAL-da Maliyyə və Mühasibat uçotu İdarəsində təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: May 21, 2022

AZAL-da Maliyyə və Mühasibat uçotu İdarəsində təcrübə proqramı

AZAL-da Maliyyə və Mühasibat uçotu İdarəsində təcrübə proqramı!

✅ Tələblər:

• Ali təhsil (maliyyə, mühasibat uçotu)
• Analitik düşünmə və riyazi bilik
• Öyrənmə həvəsi yüksək və maliyyə sahəsində təcrübə qazanmaq istəyi
• Özünü inkişafa meyillilik
• Ünsiyyət qurmaq və səlis danışıq qabiliyyəti
• Kompüter bilikləriI MS Office (MS Word, MS Excel)
• Təşəbbüskar və məsuliyyətli olma

⏰ İş qrafiki: Bazar ertəsi-Cümə günü: 09:00 – 18:00
❗️ Xüsusi tələblər: ali təhsilini başa vuran məzunlar
❗️ Əlavə üstünlüklər: Dil bilikləri və Beynəlxalq maliyyə uçotu üzrə sertifikatlar.

Təcrübə proqramı sizə nələr qazandıracaq?

• İşləyərək öyrənmək imkanı;
• Real iş mühiti ilə tanışlıq;
• Gələcəkdə “Azərbaycan Hava Yolları” QSC-də karyera qurmaq imkanı.

Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və bu müddət ərzində təcrübəçilərə ödəniş həyata keçiriləcək. Xüsusi seçilən təcrübəçilərə sertifikat veriləcək.

Ünvan: Heydər Əliyev Beynəlxalq Hava limanı (təcrübəçilər nəqliyyatla təmin olunacaq).

Maraqlananlar CV fomalarını hr@azal.az elektron ünvanına göndərə bilər və ya azal.az səhifəsinə daxil olaraq onlayn müraciət edə bilərlər (mövzuda “Təcrübə proqramı” qeyd edə bilərsiniz).


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram