Təcrübə Proqramları

Azercell təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: August 2, 2023

Azercell təcrübə proqramı

Təcrübəçi / Təhlükəsizlik departamenti / Biznesin Davamlılığın İdarəedilməsi bölümü

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.

Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik:

Telekommunikasiya komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!

 

Biz nə təklif edirik:

  • İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
  • Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
  • Hibrid iş rejimi / çevik cədvəl
  • Kompensasiya mövcuddur
  • Texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
  • Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş ilə təmin olunma şansı

 

İş qrafiki:

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi – Cümə, tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

 

İş yeri:

  • “Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

 

Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)

 

Təcrübəçinin əsas öhdəlikləri:

  • Biznesin Davamlılığın İdarə Edilməsi prosesini davamlı olaraq təkmilləşdirməsində və idarə edilməsində dəstək.
  •  Risklərin idarə edilməsi, Biznes Təsir Analizi və Risklərin Dəyərləndirilməsi proseslərinin həyata keçirilməsində dəstək və bu proseslər üzərində qurulacaq sistemi daim olaraq nəzarətdə saxlanılmasına və yenilənməsinə dəstək.
  •  Standartın tələb etdiyi müvafiq sənədləri hazırlayıb ISO 22301 sertifikasiya prosesini həyata keçirilməsində dəstək.
  •  Qanunvericiliyin tələblərinə və şirkətin illik Mülki Müdafiə planına uyğun olaraq şirkətdə Mülki Müdafiə işinin təşkilində dəstək.

 

Requirements

Tələb olunan biliklər:

  • Bakalavr və ya Magistratura təhsili: İnformasiya Texnologiyaları; Kompüter Elmləri; Şəbəkə Texnologiyası; Kompüter Mühəndisliyi və ya analoji sahədə ixtisas
  • Layihələrin idarə edilməsi prosesləri haqqında biliklər arzuolunandır.
  •  “Structured Query Language” (SQL) & “Tableu”üzrə biliklər arzuolunandır
  • Microsoft Office bilikləri mütləqdir
  • Şəbəkə infrastrukturunun quraşdırılması və konfiqurasiyası üzrə baza biliklər.
  • Şəbəkə performansının və monitorinq məsələləri üzrə baza biliklər.

 

Təcrübə proqramına kimlər müraciət edə bilər:

  • Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər
  • Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
  • Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar (son iki il)
  • Gələcək karyerasını Təhlükəsizlik sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları
  • Məsuliyyət, dəqiqlik və detallara diqqət
  • Komandada və müstəqil şəkildə səmərəli işləmək bacarığı
  • Azərbaycan dili – əla, ingilis dili – yüksək səviyyədə

 

Hiring process

Müraciət qaydası:

  • www.azercell.jobs səhifəsinə daxil olun
  • Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
  • Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
  • Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

 

Seçim mərhələləri:

  • CV-lərin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

 

Deadline for applicants: 6th August 2023 12:00 PM

APPLY

 


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram