reklam

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.

Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik: Telekommunikasiya komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!

Biz nə təklif edirik:

  • İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
  • Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
  • Texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
  • Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
  • Nahar üçün kompensasiya şirkət tərəfindən təmin edilir
  • İş ilə təmin olunma şansı

İş qrafiki: 

Hibrid iş rejimi ilə: Bazar ertəsi – Cümə,tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

İş yeri: 

“Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza

Tbilisi prospekti, 149

Bakı, Azərbaycan

Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)

Təcrübəçinin əsas öhdəlikləri: Transmissiya planlaması, stansiyaların verilənlər bazasının yenilənməsi, şikayətlərin araşdırması.

 

Requirements

 

Təcrübə proqramına kimlər müraciət edə bilər:

  • Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
  • Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar
  • Gələcək karyerasını Telekom və İT sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
  • Azərbaycan dili – əla, ingilis dili – yüksək səviyyədə

Seçim mərhələləri:

  • CV-lərin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Müraciət qaydası:

  • www.azercell.jobs səhifəsinə daxil olun;
  • Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
  • Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
  • Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
  • Vakansiyalara dair sualların izi Linkedin üzərindən “Azercell Recruitment Team” səhifəmizə qoşularaq ünvanlandıra bilərsiniz: https://www.linkedin.com/in/azercell-recruitment-team-469180152/

Apply

Deadline for applicants

25th September 2022 10:00 AM

reklam