Təqaüdlər

Azercell Tələbə Təqaüd Proqramı

Profile picture

Tecrube.az

Published: October 3, 2023

Azercell Tələbə Təqaüd Proqramı

“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir!

Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

Requirements

Proqramda aşağıdakı meyarlara uyğun gələn tələbələr iştirak etmək hüququ qazanır :

  • Azərbaycan Respublikasının Ali Təhsil müəssisələrində İT, Kompüter Elmi, Şəbəkə Texnologiyası, Kiber Təhlükəsizlik və Marketinq sahəsi üzrə təhsil alanlar;
  • Son iki kurs tələbələri (bakalavr);
  • Qiymətlərin əksəriyyəti əla olanlar(A və B).
  • İngilis dili səviyyəsi yüksək olan namizədlərə üstünlük veriləcək.

Təqaüd proqramı üzrə müraciət etmək üçün:

  • CV əlavə etmək;
  • Həvəsləndirici məktubu yazıb əlavə etmək:
  • Tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını əlavə etmək;

Hiring process

Qeyd:

  • Proqrama yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər.
  • Təqaüd Proqramına müraciət müddəti 1 Okyabr – 31 Oktyabr 2023.
  • Bütün müraciətlər yalnız elektron formatda qəbul olunur.
  • Müraciət üçün tələb olunan bütün sənədlərin skan versiyası əlavə edilməsə, müraciətlər nəzərə alınmayacaq.
  • Bütün təhsil dövrünü əhatə edən qiymətlərin təsdiqini əks etdirən möhürlü və imzalı transkriptlər nəzərə alınacaq.

Müraciətlərin təhlili prosesi:

  • CV-lərin təhlil edilməsi
  • İxtisas üzrə müvafiq tapşırıqlar/testlər
  • Yetkinliklər və sahəyə uyğun müsahibə

Deadline for applicants

31st October 2023 12:00 PM

 

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram