reklam

Azertest gənc mühəndisləri şirkətimizdə təcrübə keçməyə və əməkdaşlığa dəvət edir.

Vakansiya

“Radio Şəbəkə Sınaq Testləri üzrə kiçik mühəndis”

İşin Təsviri

2G/3G/4G/5G mobil rabitə şəbəkələrində xüsusi test alətləri vasitəsilə, verilən test metodologiyalarına uyğun olaraq tələb olunan radio şəbəkə testlərinin yerinə yetirlməsi, nəticələrin analiz edilməsi və reportlarının hazırlanması.

Tələblər

  • Ali və ya Orta ixtisas təhsili ( əsasən Telekommunikasiya, İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi, Elektronika və s. oxşar ixtisasları bitirmiş gənclərə üstünlük veriləcək )
  • Hərbi mükəlləfiyyəti tamamlanmış
  • İT və Telekom sahəsində baza bilikləri
  • İngilis dilində müəyyən söz ehtiyatına malik olmaq ( texniki terminləri anlamaq )
  • Ölkənin bütün rayonlarına ezam olunmaqla bağlı və eyni zamanda xaricdə işləməklə bağlı problemin olmaması
  • Çevik, öyrənməyə həvəsli, ünsiyyətcil və sərbəst işləmək bacarıqları
  • İş təcrübəsi tələb olunmur
  • Təhsilin tamamlanmış olması şərtdir

Sınaq müddəti : 1 ay

Əgər yeni texnologiyaları öyrənməyə həvəsiniz varsa və gələcəkdə peşəkar telekom mühəndisi kimi yetişmək istəyirsinizsə o zaman CV-lərinizi aşağdakı email ünvanına göndərməyə tələsin:

[email protected]

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq

reklam