Təcrübə Proqramları

“AzInTelecom” MMC maaşlı təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: April 2, 2024

“AzInTelecom” MMC maaşlı təcrübə proqramı

“AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbə və məzunlar üçün İnformasiya Təhlükəsizliyi sahəsində maaşlı təcrübə proqramı elan edir!

Tələblər:

Ali təhsil tələbi:

  • Ali təhsilli son kurs tələbələri
  • Orta təhsilli digər gənclər

Tələb olunan bacarıqlar:

  • Kommunikasiya bacarığı;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Təqdimat etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq;
  • Stressə davamlılıq.

Tələb olunan texniki biliklər:

  • Fundamental kiber təhlükəsizlik bilikləri;
  • Fundamental şəbəkə bilikləri (Protokollar, portlar, OSI TCP/IP Modellər);
  • Fundamental sistem inzibatçılığı bilikləri (Windows, Linux);
  • Fundamental proqramlaşdırma bilikləri (Web proqramlaşdırma, Rest API).
  • Yaş məhdudiyyəti: 17-25 yaş arası gənclər
  • Seçiləcək təcrübəçi sayı: 10-15
  • Təcrübə proqramı müddəti: 22 Aprel – 24 İyun (2 ay)
  • Müraciət etmək üçün son tarix: 15 Aprel

Müraciət üçün career@azintelecom.az ünvanına CV göndərilməli və mövzu bölməsində mütləq qaydada “Təcrübə proqramı” qeyd edilməlidir.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram