Təcrübə Proqramları

AZMADE GROUP-dan mühəndislərə əla fürsət!

Profile picture

Tecrube.az

Published: April 15, 2024

AZMADE GROUP-dan mühəndislərə əla fürsət!

AZMADE GROUP-dan universitetdən yeni məzun olan gənc mühəndislərə əla fürsət!

AZMADE GROUP ilə “Mühəndislikdə İlk Addım” (MİA) ödənişli təcrübə proqramına qoşularaq 6 aylıq müddətdə birdən çox zavodlarda təcrübə keç və ailəmizin bir parçası olma şansını əldə et!

Sizə nə təklif edirik?

  • Peşəkar təlim – Bizim mühəndislər tərəfindən sizə ən son mühəndislik bacarıqları öyrədilir.
  • Mentorluq – Proqram boyunca sizə peşəkar mentorlarla çalışma şansı verilir.
  • Layihə əsaslı öyrənmə – Real iş mühitində, real layihələrlə çalışaraq praktiki öyrənmə üçün imkan yaradılır.
  • İş imkanı – Proqram müddətinin sonunda uğurlu namizədləri işlə təmin edirik.

NAMIZƏDƏ TƏLƏBLƏRIMIZ:

  • Yerli və Xarici Universitetlərin minimum bakalavr dərəcəsini tamamlamış.
  • Dərs saatları 09:00-18:00, 1-5 -ci günlərə təsadüf etməyən. (Magistratura dərəcəsi)
  • Universitetə yüksək balla qəbul olmuş  (Yerli universitetlər üçün) ya yüksək GPA
  • Sənaye mühəndisliyi, Materialşünaslıq, Metallurgiya, Mexanika, Neft mexanika, Kimya mühəndisliyi məzunları

PROQRAM DÖVRÜ HAQQINDA:

  • 6 aylıq əmək müqaviləsi
  • Uğurlu təcrübəçilərin işə qəbul imkanı
  • Əmək haqqı
  • Nahar, servis xidməti
  • Proqram boyunca sizinlə öz təcrübələrini bölüşəcək mentorlarla çalışmaq imkanı
  • Özünüzü daim inkişaf etdirmək üçün nəzərdə tutulan təlimlər

İş yeri: Sumqayıt şəhəri (Azertexnolayn MMC)

Tələblərə uyğun namizədlər linkdəki formu dolduraraq müraciət edə bilərlər.

Link: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=gYHWw2QqEkuWpxdw9Hrbe8Z5GOs9KdBHlLqYOve5OHBUQzQwSVhUMzNXODRPRldDU0RIUjFWU0o2Ui4u

Qeyd: Sadəcə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram