Təcrübə Proqramları

Bağçılıq üzrə təcrübəçi

Profile picture

Tecrube.az

Published: September 1, 2022

Bağçılıq üzrə təcrübəçi

Təsvir

  • Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək;
  • Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi;
  • Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması;
  • Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması;
  • Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;
  • Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi;
  • Əkin sahələrində sahə aqronomu ilə birgə daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlanmasında sahə aqronomuna kömək edir
  • Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
  • Sahədə Keyfiyyətsiz görülən işləri rəsmiləşdirilməsini aparır və sahə aqronomuna təqdim etmək üçün hesabatları hazırlayır
  • Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsində iştirak edir

 

Tələblər

  • Təhsil : Ali təhsil (Kənd təsərrüfatı sahəsi (bitkiçilik-bağçılıq) üzrə olması arzu olunandır);
  • Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir)
  • İT üzrə biliklər: Ms. Office,
  • Səriştəlik
  • Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
  • Problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik və İcra etmək bacarığı
  • Detallara fikir vermə

 

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram