Təcrübə Proqramları

Baku Holiday Travel-də Təcrübə proqramı

Profile picture

Tecrube.az

Dərc edilib:

Hazırda açıq təcrübə elanlarına baxın
Baku Holiday Travel-də Təcrübə proqramı

Baku Holiday Travel öz kariyerasını turizm sahəsində qurmaq istəyən, gənc, motivasiyalı və öyrənməyə həvəsli gənclər üçün ödənişli təcrübə proqramına start verir

Kimlər müraciət edə bilər:

  • Turizm ixtisası üzrə təhsil alan bakalavr və magistr pilləsinin sonuncu kurs tələbələri
  • Yaş həddi 25 yaşadək olan məzunlar
  • Sahəyə marağı olan perspektivli gənclər

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Sahə üzrə ali təhsil (turizm, beynəlxalq əlaqələr)
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri yüksək səviyyədə
  • Microsoft Office proqramları və təqdimat bacarıqları
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik
  • Daima öz üzərində işləmə, araşdırma və analitik düşünmə bacarığı

Təcrübə proqramı aşağıdakı sahələri əhatə edəcək

  • Müştəri xidmətləri
  • Mühasibatlıq
  • Biznesin inkişafı
  • Turizmin satış istiqamətləri – daxili və xarici turlar üzrə
  • Aviabilet satışı üzrə

Proqram sizə nələr qazandıracaq:

  • Turizmin əsasları, viza, qlobal rezarvasiya sistemləri, satış metodikaları, beynəlxalq aviabilet yazma sistemləri və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələnmək
  • Real iş mühitində çalışaraq təcrübə qazanmaq
  • Təcrübədən sonra Baku Holiday Travel-da kary era qurmaq şansı əldə etmək
  • Güclü və peşəkar komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq
  • Komanda üzvü kimi, həmçinin müstəqil işləmək imkanından yararlanmaq

Qeydiyyat linki: Baku Holiday Travel-də Təcrübə proqramı

Proqramın müddəti: 3-6 ay
Son müraciət tarixi: 15 aprel, 2024-cü il

Təcrübə proqramında seçilən namizədlərə şirkət tərəfindən nəqliyyat və nahar xərcləri üçün ödəniş ediləcəkdir.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb