Təcrübə Proqramları

Bank Respublika Scrum Master vəzifəsində təcrübə

Profile picture

Tecrube.az

Published: April 1, 2023

Bank Respublika Scrum Master vəzifəsində təcrübə

Bank Respublika gələcəyin Scrum Master vəzifəsində çalışacaq təcrübəçi namizədlər axtarır.

 

Tələblər

  • Korporativ mühitdə çalışmaq bacarığı;
  • Mükəmməl ünsiyyət bacarığı;
  • Komandanın inkişafı üçün komanda üzvlərinə dəstək olmaq;
  • Vaxtın səmərəli idarə edilməsi və təşkiletmə bacarığı;
  • Problem həll etmə bacarığı və nəticəyönümlülük;
  • Agile metodologiya ilə işləmək bacarığı;
  • İngilis dili biliyi;
  • Layihələrin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Agile metodologiyası, Scrum prinsipləri ilə iş təcrübəsi üstünlükdür;
  • CSM / PSM I sertifikatlarının olması üstünlükdür;
  • Jira/Zoho alətlərində işləmək bacarığı üstünlükdür;
  • İT yönümlü təhsil, təcrübə üstünlükdür.

 

Öhdəliklər

  • Agile metodologiya ilə çalışmaq, Scrum prinsiplərini tətbiq etmək;
  • Scrum komanda üzvlərinə layihənin məqsədi barədə məlumatları düzgün çatdırmaq;
  • Scrum event, ceremony, task definitions və sprint execution komandada tətbiq etmək və icrasına nəzarət etmək;
  • Scrum komanda daxilində problemlərin həllində dəstək olmaq;
  • Bankdaxili və komanda daxili biznes və Agile göstəriciləri təqib etmək;
  • Agile üzrə ən yaxşı praktikalardan istifadə etmək və digər Scrum masterlərlə effektivliyi artırmaq üçün əməkdaşlıq etmək.

 

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər həmçinin CV-lərini mövzu hissəsində “Scrum master (intern)” qeyd etməklə it-cv@bankrespublika.az e-mail ünvanına göndərə də bilərlər.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram