Təcrübə Proqramları

“Bank Respublika” təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: July 8, 2023

“Bank Respublika” təcrübə proqramı

“Bank Respublika” ASC İnsan Resursları Departamentində təcrübə proqramı elan edir.

Ümumi vəzifə öhdəlikləri:  

  • Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
  • İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;

Namizədə qarşı tələblər:  

  • Ali təhsil;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
  • MS Office proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində İnsan Resursları Departamentində təcrübə proqramı qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.    Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram