Təcrübə Proqramları

Bank riskləri üzrə Data Analitik təcrübəçi

Profile picture

Tecrube.az

Published: October 27, 2023

Bank riskləri üzrə Data Analitik təcrübəçi

Simple Co. şirkəti Maliyyə yönümlü təhsil alan sonuncu kurs tələbələri və ya yeni məzunlar arasında Bank riskləri üzrə Data Analitik təcrübəçi axtarır.

Tələblər:

  • Python, SQL, Excel bilikləri;
  • İngilis dilində oxuma/qavrama bacarığı;
  • Məsuliyyət, işləməyə, öyrənməyə və araşdırmağa həvəs, problem həll etmə bacarığı, komandada işləmə bacarığı.

Nə əldə edəcəksiniz:

  • Öyrənməyə və öyrətməyə açıq iş mühiti;
  • Araşdırma, problem həll etmə qabiliyyətini inkişaf etdirəcək layihələr;
  • Maliyyə və data analitikası ilə bağlı real situasiyalar üzərində təcrübə.

Görüləcək işlər:

  • Müxtəlif mövzularda tətqiqatların aparılması;
  • Açıq mənbələrdən statistik dataların toplanması, təmizlənməsi və strukturlu şəkildə saxlanılması;
  • SQL sorğu dili və Excel vasitəsilə məlumatların manipulyasiya, analiz edilməsi. Məlumatların keyfiyyətinin araşdırılması;
  • Python proqramlaşdırma dili vasitəsilə SQL-dən gələn data üzərində müxtəlif əməliyyatların aparılması, nəticənin analiz edilməsi, report formasına gətirilməsi.

Biz nə iş görürük:

  • MHBS9(IFRS9) standartlarına uyğun olaraq gözlənilən kredit zərərinin hesablanması(PD, LGD modelinin qurulması);
  • Skoring və reytinq modellərinin qurulması;
  • Data və Modelləşdirmə auditi;
  • Kodsuz interfeyslər və «Dashboard»-ların hazırlanması kimi digər müxtəlif layihələr.

Müraciət etmək üçün CV-nizi rugiyya.badirova@simplecompany.az ünvanına göndərə bilərsiniz. Mailin “Subject” hissəsinə “Data Analitik Təcrübəçi” yazmaq tələb olunur.

Müraciət üçün son tarix: 10 noyabr 2023


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram