Təcrübə Proqramları

Bestprod MMC Təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: February 17, 2023

Bestprod MMC Təcrübə proqramı

Bestprod MMC Təcrübə proqramı elan edir.

Hörmətli Gənclər, Bestprod MMC şirkəti sizi İdxal-ixrac və Logistika sahəsində  praktiki biliklərinizi artırmaq  məqsədi ilə 3 aya qədər təcrübə proqramına dəvət edir.

Şirkətimiz kənd təsərrüfatı məhsullarının ixracı  fəaliyyəti ilə məşğuldur.

 

Təcrübə proqramı üçün ümumi tələblər:

  • 18 yaşdan yuxarı gənclər.
  • Dil biliyi: Azərbaycan və rus dili biliyi(Səlis).
  • Komputer biliyi: Microsoft Office proqramlarında işləmə bacarığı
  • Bacarıqlar: İnkişafa yönümlülük, öyrənməyə həvəsli olmaq, məsuliyyətlilik.

Biz Sizə təklif edirik:

  • 3 aya qədər
  • günlük 4 saat təcrübə rejimi

Qeyd edək ki, Təcrübə proqramının sonunda müsbət nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi və təcrübə proqramı haqqında sertifikat veriləcək.

Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə, CV-lərinizin mövzu sətrində müraciət etmək istədiyiniz sahə üzrə “Təcrübəçi” qeyd edərək  aysel.guliyeva@bestprod.az elektron ünvanına göndərə bilərsiniz.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram