reklam

Binəqədi Gənclər Evində “Yay Sezonu” Təcrübə proqramı başlayacaq!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı  ilə “Yay Sezonu” Təcrübə proqramına start verilir!

Proqramın əsas məqsədi:

  • Gənclərə yay aylarında həm nəzəri, həm praktiki təcrübə qazandırılması;
  • Asudə vaxtlarının səmərəli və faydalı dəyərləndirilməsi;
  • Şəxsi inkişafın təkmilləşdirilməsi.

 

Tezliklə həyata keçiriləcək möhtəşəm layihədə:

  • Şəxsi inkişafı və liderlik keyfiyyətlərinin təkmilləşdirilməsi üçün təlimlər;
  • Motivasiya yönümlü uğurlu gənclərlə  görüşlər;
  • Müxtəlif və  maraqlı yerlərə infoturlar;
  • İntellektual və interaktiv oyunlar
  • “Out-reach” fəaliyyətlər

 

İyul -Avqust aylarında keçirilməsi nəzərdə tutulan “Yay Sezonu” təcrübə proqramının son mərhələsində gənclər arasında müsabiqə təşkil olunacaq!

Müsabiqənin əsas mahiyyəti, gənclərin ideya və təkliflərinin layihə şəklində yazılması və qiymətləndirilməsindən ibarət olacaq.

Qeyd:Layihəni uğurla başa vuran gənclər sonda SERTİFİKATLA təltif olunacaq!

 

Sən də “Yay sezonu” təcrübə proqramında təcrübə qazanmaq istəyirsənsə, elə indi Bizlərə Qoşul↩️

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/1u6A4ieWgV3SOBgJB3yKrG-VNUQJoRTiDpVyfLdVVbnI/edit

 

🗓️Son qeydiyyat tarixi: 2 iyul 2022, saat 18:00

reklam