reklam

BirCode Camp 5 IT Təcrübə proqramı (Android istiqaməti)

Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı BirCode Camp İT Təcrübə proqramının 5-ci nəsil developerlərin yetişdirilməsinə start verdi!

Proqram sizə nələr qazandıracaq:

  • Yüksək səviyyəli Developerlərlə ünsiyyətdə olmaq və onlardan öyrənmək;
  • Ölkənin İlk rəqamsal bankında İT biliklərə yiyələnmək;
  • Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
  • Güclü və böyük komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
  • Təcrübə sonrası bankda rəsmi işə başlama imkanı;
  • Məsafədən (remote) işləmə imkanı;

 

Proqrama kimlər müraciət edə bilər:

  • İT məzunlar/tələbələr, İT sahəsində daha öncə təcrübələrdə iştirak edənlər, başlanğıc və bir üst biliklərə sahib olanlar;
  • Motivasiyası yüksək olanlar, yeniliklərə açıq və dinamikanı sevənlər;

Tələblər

  • Java üzrə ilkin biliklər (Kotlin arzuolunandır);
  • Data struktur və alqoritmlər üzrə ilkin anlayışlar.
reklam