Təcrübə Proqramları

“Bizdən Biri” təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: August 2, 2022

“Bizdən Biri” təcrübə proqramı

Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamenti daxilində Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsi üzrə “Bizdən Biri” təcrübə proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər:

  • İT, İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  • İnformasiya təhlükəsizliyi barədə əsas anlayışlar

Öhdəliklər:

  • Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi.
  • Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin hazırlanması və uyğunluğunun yoxlanılması

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya hr@kapitalbank.az mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram