İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi

Şirkət haqqında

Agentlik haqqında

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumdur.

İKTA Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə publik hüquqi şəxs statusu ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. Qurumun nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib.


Agentlik 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.

Fəaliyyət istiqamətləri

• Tənzimləmə

• Nəzarət

• Spektr idarəçiliyi

Fəaliyyət sahələri

• Telekommunikasiya

• Poçt


Vizyon - Hər kəs üçün yüksək keyfiyyətli və əlçatan xidmətlərin olduğu rəqəmsal mühit yaratmaqdır


Missiya - Hər kəs üçün yüksək keyfiyyətli və əlçatan xidmətlərdən ibarət rəqəmsal mühit yaratmaq, şəffaf, etibarlı, məsuliyyətli və bütün tərəflərlə əməkdaşlıq edən istehlakçı yonümlü telekommunikasiya və poçt xidmətləri tənzimləyicisi olmaqdır.


Hesabatlılığımız

• İKTA-nın fəaliyyətinə dair illik hesabat RİNN-ə təqdim edilir.

• İKTA maliyyə hesabatlarını qanunvericilikdə müəyyən edilmiş qaydada tərtib, təqdim və dərc edir.

• İKTA öz hesabatlarını rəsmi saytında dərc edir.

• İKTA öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb