Tecrube.az
Published: May 5, 2025
© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb
Kapital Bank ASC Data sahəsi üzrə həvəsli, yenilikçi, motivasiyalı və inkişafa yönümlü gəncləri sevindirəcək – “Data Camp” təcrübə proqramına start verir! Təcrübə proqramının müddəti 3 aydır. Əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı aşağıda tanış ola bilərsiniz.
Təcrübə proqramı aşağıda qeyd olunan istiqamətlər üzrə keçirilir.
1) Data texnoloyaları sahəsi üzrə təcrübə proqramı çərçivəsində Data Operation və Data Engineer sahələri üzrə təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində Dataiku, Tableau, Oracle BI, Impala, Debezium, Kafka, Spark, GreenPlum, MinIO, Python ve Airflow kimi qabaqcıl texnologiyalar ilə tanış olub işləmək imkanı qazanacaqsınız. Həmçinin Data platformalarının idarə edilməsi, məlumatların saxlanılması ve emalı üzrə dəyərli praktiki təcrübələr əldə edəcəksiniz. Mentorlarımızın rəhbərliyi ilə real tapşırıqların, problemlərin öhdəsindən gələrək dəyərli praktiki təcrübə əldə edəcəksiniz.
Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:
Data Texnologiyalarına müraciət linki
2) Data science sahəsi üzrə təcrübə proqramı çərçivəsində riyaziyyət, statistika, kompyuter elmlərini anlayan, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyəti malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində siz məlumat toplama, təmizləmə və hazırlama,statistik və maşın öyrənmə modellərinin tətbiqi, məlumat analizi və başqa müvafiq istiqamətlər üzrə təcrübələri qazanacaqsınız.Python, R, SQL, Spark kimi qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.
Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:
Data Science sahəsinə müraciət linki
3) Biznes analitik təcrübə proqramı çərçivəsində riyaziyyət, maliyyə biliklərinə sahib, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyəti malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində maliyyə modellərinin qurulması,bazar araşdırmalarının aparılması,məhsullar üzrə analizlərin edilməsi, analizlərin vizuallaşdırılması, məlumat toplama və başqa müvafiq istiqamətlər üzrə təcrübələri qazanacaqsınız.Python, Tableau, SQL, DataIku kimi qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.
Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:
Biznes analitik üçün müraciət linki
4) Data transformasiya təcrübə proqramı çərçivəsində siz biznes departamentləri ilə əməkdaşlıq edərək, məlumatların idarəedilməsini və standartlaşdırılmasını, onların düzgünlüyünü, keyfiyyətini, dəqiqliyini və doğruluq mənbəsini, təhlükəsizlik strategiyasına və saxlama müddətlərinə uyğunluğunu təmin edilməsini peşakar komandadan öyrənəcəksiniz. Həmçinin məlumat keyfiyyətinin artırılması üçün Ataccama kimi qabaqcıl texnologiyalarla işləyərək siz fərdi inkişafla yanaşı, biznesə məlumatlara əsaslanaraq düzgün qərarların qəbul etməsinə də öz dəstəyinizi göstərəcəksiniz.
Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:
Data transformasiya üzrə müraciət linki
Proqrama kimlər müraciət edə bilər:
Son müraciət: 10 mart 2024
Könüllülük
May 29, 2024
Təcrübə Proqramları
May 23, 2024
Təcrübə Proqramları
May 22, 2024
Təcrübə Proqramları
May 21, 2024
Təcrübə Proqramları
May 19, 2024