reklam

“Azərbaycan Supermarket” MMC Dizayn İşləri üzrə Mütəxəssis vakansiyasnı elan edir və təcrübəli namizədləri müraciətlərini yönləndirməyə dəvət edir. Vəzifə üzrə daha ətraflı məlumatlarla aşağıda tanış ola bilərsiniz:

 

Vəzifə öhdəlikləri:

  • Layihələr üzrə çertyojların hazırlanması və sahələrdə tikintinin həmin çertyojlar üzrə aparılmasına nəzarət;
  • Divar açılışlarının və fasadların çertyojunun hazırlanlanması;
  • Layihə üzrə lazımı avadanlıqların, mağaza rəflərinin siyahısının çıxarılıb hazırlanması;
  • Layihənin müvəffəq həyata keçirilməsi üçün digər aidiyyatı departamentlərə sıx əlaqədə işləmək;
  • Tikinti işlərində layihə üzrə dizayndan kənara çıxmalara mütəmadi nəzarət etmək;
  • Texniki çizimlərin hazırlanması.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (memarlıq və ya inşaat üzrə);
  • Autocad, Sketchup proqramlarında peşəkar işləmə bacarığı;
  • Memarlıq\dizayn sahəsi üzrə minimum 3 illik iş təcrübəsinə malik olmaq;
  • Mexanika və elektrik işləri üzrə ümumi məlumata sahib olmaq;
  • Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklərə sahib olmaq;
  • Verilmiş təlimatlar əsasında layihə və dizayn işlərini zamanında yüksək keyfiyyətlə həyata keçirmək;
  • Komandayla çalışmağı bacarmaq, sürətli ve praktik olmaq;
  • Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
  • Azərbaycan və İngilis dilində sərbəst danışıq bacarığı.

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Dizayn İşləri üzrə Mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

reklam