Təcrübə Proqramları

Dövlət Proqramı İdarəetmə Qrupunda Təcrübə İmkanı

Profile picture

Tecrube.az

Published: October 6, 2022

Dövlət Proqramı İdarəetmə Qrupunda Təcrübə İmkanı

Əziz tələbələr və məzunlar,

Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız?

Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır.

Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edecəksiniz.

İş qrafikiniz sərbəstdir. 3 ayın sonunda sizlərə tövsiyyə məktubu təqdim olunacaq.

Tələblər:

  • Namizədin biznesin idarəedilməsi, idarəetmə, maliyyə, mühasibatlıq və digər əlaqəli sahələrdə təhsil alması;
  • Kompüterlə işləmək bacarığının olması;
  • Dil biliklərinin olması, xüsusilə ingilis dilini bilməsi;
  • Kommunikasiya və ünsiyyət bacarığının olması.

Namizədlərdən CV-lərini “Könüllü” başlığı altında konul.badalova@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 15.10.2022-ci il


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram