Təcrübə Proqramları

Elm və Təhsil Nazirliyi və Təhsil TV-də təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: December 16, 2022

Elm və Təhsil Nazirliyi və Təhsil TV-də təcrübə proqramı

Elm və Təhsil Nazirliyi və Təhsil TV-də təcrübə proqramı

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektoru və Təhsil TV tələbələri təcrübə proqramına dəvət edir. Seçilmiş iştirakçılar 4-6 ay müddətində sektorun və televiziyanın gördüyü işlərlə tanış olacaq, müvafiq tapşırıqları icra edəcəklər. Müraciət sorğusuna keçid aşağıda verilib.

Kimlər müraciət edə bilər?

  • Bakı və ətrafında yerləşən ali təhsil müəssisələrinin (universitet, akademiya və s.) tələbələri;
  • İngilis dili bilikləri B1-B2 (intermediate, upper-intermediate) səviyyəsində olanlar;
  • İctimaiyyətlə əlaqələr, marketinq, sosial media, videoçarxların hazırlanması ilə maraqlananlar;
  • Həftədə 10-15 saat onlayn və oflayn işləmək istəyənlər;
  • Şənbə günləri 2 saatlıq təlimlərə qoşulmaq imkanı olanlar.

Təcrübə proqramından nə əldə edəcəksiniz?

  • 4-6 ay müddətində ETN-nin İctimaiyyətlə əlaqələr sektorunda və Təhsil TV-də peşəkar təcrübə keçmək imkanı;
  • İctimaiyyətlə əlaqələr, yaradıcılıq, marketinq və layihələrin idarə olunması üzrə 2 aylıq təlim (cəmi 8 dəfə);
  • Elm və təhsil sahəsində ictimaiyyətlə əlaqələr, SMM ilə bağlı ideyalarınızı təkmilləşdirmək və həyata keçirmək imkanı.

Proqramın sonunda minimum tələbləri ödəyən iştirakçılara sertifikat təqdim olunacaq.

Müraciət üçün son tarix: 31.12.2022

Müraciət sorğusu: https://lnkd.in/eqvkWTJy


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram