Andersen Lab

QA Manual Trainee

Andersen Lab

Bakı

12 May 2025

General Information

Beynəlxalq İT autsorsinq bazarının liderlərindən biri olan Andersen şirkəti Azərbaycanda (ofis: Bakı) gələcəkdə işlə təmin olunma imkanı daşıyan eksklüziv QA Manual təlim proqramı təklif edir!

 

Andersen şirkəti əməkdaşlarının sürətli və peşəkar inkişafı, bacarıqlarının artırılması ilə yaxından maraqlanır və hər zaman buna vaxt və vəsait ayrılmasına hazırdır. Bu səbəbdən rəqabət üstünlüyümüz əməkhaqqının və vəzifə dərəcəsinin sürətli artımıdır. 

 

Proqram haqqında: 

  • 100 ən yüksək nəticə almış tələbə artırılmış təqaüd və maaşla mükafatlandırılacaq:  

1-3 ay (təlim): 850 AZN gross; 

4-9 ay (iş): 1700 AZN gross; 

10-12 ay (iş): 2500 AZN gross. 

  • Proqram müddəti: 3 ay təlim və 9 ay beynəlxalq layihələrdə iş imkanı. 
  • Praktiki öyrənmə və real layihələrə xüsusi diqqət. 

 

Şərtlər: 

  • Təcrübəli təlimçilərin rəhbərliyi altında təlim layihəsində praktika; 
  • Təcrübəçinin bilik səviyyəsinin yoxlanılması və rəy verilməsi; 
  • Ofisdə təlim formatı; 
  • Ofisdə və ya onlayn korporativ ingilis dili kursları; 
  • Şirkətin daxili təlim proqramına (öz təhsil platforması) çıxış; 
  • Şirkətin fəal korporativ həyatında iştirak. 

 

Andersen təcrübəçisi aşağıdakılara arxalana bilər: 

  • Mentorların yüksək peşəkarlığı; 
  • Təlim zamanı diqqətli və qayğıkeş münasibət; 
  • Təlim prosesində və sonradan kommersiya layihəsinə qoşularkən dəstək və kömək; 
  • Təlimi uğurla başa vurduqdan sonra zəmanətli işlə təminat. 

 

Əgər bu unikal imkan sizi maraqlandırdısa, zəhmət olmasa formu doldurun və aşağıdakı link vasitəsilə müraciət edin https://people.andersenlab.com/trainee/form .

 

Andersen İT sahəsində başlamaq və inkişaf etmək üçün əla fürsətdir! 

Responsibilities

Məlumat veriləcək

Requirements

  • İngilis dilində orta (Intermediate) və ya daha yüksək səviyyədə danışıq bacarığı; 
  • Test nəzəriyyəsi üzrə yaxşı biliklər; 
  • SQL-in başa düşülməsi; 
  • Veb və Mobil tətbiqlərin başa düşülməsi; 
  • İş təcrübəsi tələb olunmur; 
  • Üstünlükdür: texniki təhsil, proqramlaşdırma sahəsində hər hansı təcrübə, test sahəsində tamamlanmış kurslar. 

Paid

Salary

Internship Programs

Category

Full-time

Job Type

12 May 2025

Posted Date

11 İyun 2025

Deadline

banner-ads

Tecrube.az Logo
Tecrube.az brings you the latest internship programs, free courses, volunteer opportunities, trainings, and scholarships.

© 2025, Built by the Tecrube.az team

telegram