Təcrübə Proqramları

Əsas Şəbəkə üzrə Təcrübəçi

Profile picture

Tecrube.az

Published: February 29, 2024

Əsas Şəbəkə üzrə Təcrübəçi

Əsas Şəbəkə üzrə Təcrübəçi 

Funksiya: İnformasiya Texnologiyaları və Əsas Şəbəkə İdarəsi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz

Son müraciət tarixi: 15.03.2024

Əsas Şəbəkə üzrə Təcrübəçi olaraq Sizin vəzifə öhdəlikləriniz:

  • Əsas Şəbəkə və ya abunəçi tərəfindən yaranan hər hansı problemlərin qeydiyyatına, araşdırılmasına, bu haqda məlumat verilməsinə cavabdeh olmaq;
  • Şəbəkədən maksimal şəkildə istifadə və müştəri məmnuniyyəti üçün bütün planlaşdırılmış işlərə yardım etmək və dəstək olmaq;
  • Şəbəkədə baş verən mühüm məsələlərlə bağlı məlumatlı olmaq, onları araşdırmaq, eskalasiya etmək və yeniləmək;
  • Narazılıq haqqında bildirişlərin emalı və həll edilməsinə köməklik göstərmək;
  • Əsas keyfiyyət və performans göstəricilərinə və həyəcan siqnallarına nəzarət etmək;
  • Əsas Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;
  • Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək.

Vəzifənin tələbləri:

  • Telekommunikasiya və ya informasiya texnologiyaları üzrə ali təhsil;
  • Mobil şəbəkə sahəsində təcrübə;
  • Telekommunikasiya, IT sahəsində oxumaq və araşdırmaq bacarığına sahib olmaq;
  • Azərbaycan dili – əla, Rus və İngilis dilləri – orta;
  • İşçilərlə mehriban münasibət, müstəqil və komandada çalışmaq qabiliyyəti;
  • Yaxşı ünsiyyət qurmaq və təşkilatçılıq bacarıqları;
  • Problemi həll etmək və qərar qəbul etmək bacarıqları;
  • Etibarlı olmaq və özünü idarə etməyi bacarmaq;
  • Təzyiq altında işləmək bacarığı;
  • Yüksək motivasiya, müstəqil inkişaf və sərbəst öyrənmə.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram