Tecrube.az
Published: May 11, 2025
© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb
Türkiyənin tanınmış Ondokuz Mayıs Üniversitesi (OMÜ)-dən dəvət olunmuş yüksək bilik və bacarıqlara, zəngin təcrübəyə malik təlimçilər tərəfindən aqronomiya sahəsi üzrə teoritik və praktiki dərslərin bir parçası olmaq istəyirsinizsə, onda “AGRİCO” MMC tərəfindən təşkil olunacaq, sayca 3-cü Təcrübə Proqramına qatılmağa tələsin!
Kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və bu sahə üzrə təcrübə qazanmaq istəyən gənclərimiz üçün Təcrübə Proqramına start veririk!
“AGRICO” MMC – Azərbaycanda 2016-cı ildən kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən və sürətlə inkişaf edən şirkətdir. Hal-hazırda şirkət mineral gübrələrin, toxumların, bitki qoruma vasitələrinin (pestisidlərin), torpaq test avadanlıqlarının və torpaq analizlərinin ən böyük distribütorlarından biridir. Bütün sahələrdə olduğu kimi, bizim üçün də güclü mütəxəssislərin rolu əvəzsizdir. Cəmiyyətimizə faydalı olmaq üçün, komandamızda yerli və xarici Aqronomlar çiyin-çiyinə çalışır və onların bilik və bacarıqlarını, təcrübələrini yeni nəsilə ötürməyi qarşımıza məqsəd qoymuşuq.
3 ay müddətində, ödənişli təcrübə proqramı çərçivəsində, sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər?
Artıq, sayca 3-cü proqramımız ərzində nə əldə edəcəksiniz:
Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.
Təcrübə Proqramımız müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq
İndi isə, istərdim sizinlə proqramımıza qatılmaq üçün namizədlərə olan gözləntilərimizi bölüşüm:
Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən hr@agrico.az elektron ünvanına mövzu hissəsinə “Təcrübə Proqramı” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.
Könüllülük
May 29, 2024
Təcrübə Proqramları
May 23, 2024
Təcrübə Proqramları
May 22, 2024
Təcrübə Proqramları
May 21, 2024
Təcrübə Proqramları
May 19, 2024