Təcrübə Proqramları

İnformasiya Təhlükəsizliyi üzrə 3 aylıq təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: January 12, 2023

İnformasiya Təhlükəsizliyi üzrə 3 aylıq təcrübə proqramı

Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçərək işləmək şansı qazanmaq istəyirsən?

Rəqəmsal məhsulların yaradılması və bu sahədə xidmətlər üzrə ixtisaslaşmış “AzInTelecom” MMC məzunlara İnformasiya Təhlükəsizliyi üzrə 3 aylıq təcrübə və iş imkanları təklif edir.

Müvafiq istiqamət üzrə bakalavr və ya magistr təhsilini bitirmiş şəxslər qeyd olunan proqrama müraciət edə bilərlər.

“AzInTelecom” MMC-də vəzifə tutan peşəkar şəxslər iştirakçılara təlimlər keçəcək, həmçinin, praktiki işin gedişatında mentorluq edəcəklər. Proqrama qəbul edilən şəxslər şirkətin real layihələri üzərində işləyərək böyük təcrübə qazanmış olacaqlar.

Müraciət üçün career@azintelecom.az ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” ifadəsini qeyd edin.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram