IT & Development (Proqramlaşdırma)

İnformasiya Təhlükəsizliyi üzrə ekspert

Profile picture

Tecrube.az

Dərc edilib:

Şirkət adı: Azercell

İş məlumatları:

Şəhər: Bakı
Əmək haqqı: Razılaşma yolu ilə
Kateqoriya: IT security
Məşğuliyyət: Tam iş günü
Sahə: IT & Development (Proqramlaşdırma)

İş barədə məlumat:

  • Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər
  • İş qrafiki: Standart 5 günlük iş həftəsi
  • 09:00-18:00
  • İş yeri: “Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan
  • Şirkətin İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin və müvafiq nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə və qabaqcıl təcrübələrə uyğun qurulması və saxlanılmasına dəstək;
  • Yeni layihələrdə informasiya təhlükəsizliyi tələblərinin nəzərə alınmasını təmin etmək məqsədilə rəylərin və həllərin verilməsi;
  • 3-cü tərəflərlə münasibətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin nəzərə alınmasının təmini, tərəfdaş və vendorların informasiya təhlükəsizliyi üzrə öhtəliklərinin müəyyən edilməsi və yoxlanılması;
  • Daxil olan istəklər əsasında Informasiya Təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq həllərin verilməsi;
  • İT və İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərə dəstək;
  • İnformasiya təhlükəsizliyinə aid normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi, yenilənməsinə dəstək;
  • Şöbənin fəaliyyəti çərçivəsində digər işlərin həyata keçirilməsinə dəstək.
  • Nami̇zədə tələblər:

  • İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları/Kibernetika/Kompüter Elmləri ixtisaslarına üstünlük veriləcək.
  • Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
  • Rus dili – yaxşı səviyyədə.
  • İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə minimum 5 illik iş təcrübəsi.
  • İnformasiya təhlükəsizliyi sistemləri və nəzarət mexanizmləri, haqqında praktiki biliklərin olması.
  • Windows, Linux, Unix server texnologiyaları və əməliyyat sistemləri ilə iş təcrübəsi;
  • Firewall, switch, router və s. ümumi şəbəkə texnologiyaları, proxy xidmətləri və s. üzrə bilik və bacarıqların olması;
  • VPN və VDI əsasında məsafədən qoşulma həlləri üzrə bilik və bacarıqların olması;
  • Directory, Authentication və federasiya protokolları üzrə bilik və iş təcrübəsi;
  • Şifrələmə həlləri ilə iş təcrübəsi;
  • Layihə idarəetmə, yüksək ünsiyyət və komandada işləmək bacarıqları
  • Qərar vermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı
  • İnformasiya Təhlükəsizliyi və İT proseslərə aid normativ sənədlərlə işləmək bacarığı;
  • CCNA, CISA, CISM, CISSP, NIST, COBIT, ITIL, Comptia Security+, ISO 27001 və s kimi sertifikatları olanlara üstünlük verilir.
  • Müraciət üçün (CV)

    Tecrube.az Logo
    Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

    © 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb

    İnformasiya Təhlükəsizliyi üzrə ekspert - Təcrübə.az | Tecrube.az