IT & Development (Proqramlaşdırma)

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Profile picture

Tecrube.az

Published: July 3, 2023

Şirkət adı: PASHA Holding

İş məlumatları:

Şəhər: Bakı
Əmək haqqı: Razılaşma yolu ilə
Kateqoriya: IT security
Sahə: IT & Development (Proqramlaşdırma)

İş barədə məlumat:

  • Korporativ Mərkəzə aid məxfi informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığını təmin etmək;
  • Kiber təhdidlər və pozuntular qarşısında rəqəmsal dayanıqlığın artırılmasını və biznesin davamlılığını təmin etmək;
  • İnformasiya sistemlərini və məlumatları icazəsiz girişdən, informasiya sızmasından qoruyan nəzarət vasitələri tətbiq etmək;
  • Potensial təhlükəsizlik risklərini müəyyən etmək və onların aradan qaldırılması üçün tövsiyələr vermək üçün informasiya təhlükəsizliyini mütəmadi olaraq qiymətləndirmək və təhdidlərin modelləşdirilməsi üzrə təlim-məşqlər keçirmək;
  • Təhlükəsizlik insidentlərinə, məlumatların sızması hallarına və kiberhücumlara qarşı vaxtında və effektiv cavab tədbirləri həyata keçirmək üçün insidentlərə qarşı cavab tədbirləri planlarını və prosedurlarını təmin etmək;
  • Layihələr, məhsullar və xidmətlər ilə əlaqədar informasiya təhlükəsizliyi siyasətləri, prosedurları, təlimatları və tələblərinin hazırlanması və təmin edilməsində iştirak etmək;
  • Müəssisənin informasiya təhlükəsizliyi barədə məlumatlılığın artırılması proqramını təmin etmək və dəstəkləmək;
  • Mütəmadi olaraq və sorğu əsasında İnformasiya təhlükəsizliyi barədə hesabatlar təqdim etmək, Korporativ Mərkəz üzrə əsas fəaliyyət göstəricilərinin monitorinqini aparmaq;
  • Təhlükəsizlik tələblərinin və nəzarət vasitələrinin rəqəmsal transformasiya təşəbbüslərinə və yeni texnologiyaların tətbiqinə inteqrasiyasını təmin etmək üçün biznes bölümlərinə və layihə qruplarına texniki məsləhətlər və dəstək vermək;
  • Təhlükəsizliklə əlaqədar lazımi nəzarət vasitələrini/tədbirlərini təmin etmək üçün İT komandası, kənar xidmət təminatçıları və məsləhətçilər ilə sıx əməkdaşlıq etmək;
  • İnformasiya təhlükəsizliyi və İT sahəsində hüquqi və normativ tələbləri anlamaq və müvafiq qaydada çatdırılmasını təmin etmək;
  • Nami̇zədə tələblər:

  • İnformasiya təhlükəsizliyi, İnformatika, Kompüter elmləri, İnformasiya sistemlərinin idarə edilməsi üzrə müvafiq akademik ixtisas, ali təhsil;
  • İnformasiya təhlükəsizliyi və İT sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
  • Əməliyyat sistemləri, Microsoft AD, şəbəkələr, şəbəkə mühafizəsi sistemləri, bulud təhlükəsizliyi, məlumatların məxfiliyi, virtuallaşdırma, təhlükəsizliyə nəzarət vasitələri haqqında münasib anlayışın olması. DLP, MDM həlləri üzrə biliklərin olması əlavə üstünlük sayılır;
  • ISO 27k seriyası, NIST CSF, COBIT, PCI DSS və s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları haqqında anlayışın olması;
  • İnformasiya sistemləri ilə əlaqədar konsepsiyalar, o cümlədən məntiqi və fiziki giriş təhlükəsizliyi, dəyişikliklərin idarə edilməsi, informasiya təhlükəsizliyi və məxfilik, biznesin bərpası metodları və şəbəkə texnologiyaları kimi təhlükəsizlik və nəzarət riskləri haqqında anlayışın olması;
  • CompTia Security+ və ya digər müvafiq təhlükəsizlik sertifikatı və ya konkret tədarükçünün təhlükəsizlik sertifikatının olması əlavə üstünlük sayılır;
  • Maliyyə sektoru haqqında biliklərin olması əlavə üstünlük sayılır;
  • Əminliklə yazılı və şifahi ünsiyyət bacarıqları, həmçinin texniki informasiyanı həm texniki, həm də qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı
  • Müraciət üçün (CV)

    Tecrube.az Logo
    Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

    © 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb