Təcrübə Proqramları

ADDIM: Gənc İnsan resursları Mütəxəssisi – inkişaf proqramı

Profile picture

Tecrube.az

Dərc edilib:

Yenilənib:

Hazırda açıq təcrübə elanlarına və müraciət qaydalarına baxın
ADDIM: Gənc İnsan resursları Mütəxəssisi – inkişaf proqramı

Təsvir“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçün Gənc İnsan Resursları mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri:

Gənc İnsan Resursları mütəxəssisi çalışdığı bölgə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:

    • Filialda yaranan vakansiyaların qarşılanması uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
    • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən filialda işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
    • İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
    • Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;
    • İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;
    • Filialda işçilərin davamiyyətinə nəzarət sistemi ilə işləyir və filial direktoruna davamiyyətdəki nöqsanları məlumat verir;
    • Filialda işləyən işçilərdən nizam-intizama əməl etməyənlər haqqında, filial direktorunun göstərişi ilə qanunvericiliyin tələbinə uyğun inzibati cəzalar verilməsində sənədləşmə işlərini görür;
    • Filial işçilərinin əmək haqqı hesablanmasına yardım edir;
    • Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;
    • İşçilərə məzuniyyətlərin verilməsi proseslərində yardım edir;
    • Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edilməsinə yardım edir.
  • Tələblər
    • Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
    • Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
    • Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
    • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

    Səriştələr:

    • Məsuliyyətli
    • Şəxsi inkişafa meylli
    • Pozitiv
    • Özünütəşkiletmə qabiliyyəti
    • Nailiyyət yönümlülük
    • Etibarlılıq
    • Dürüstlük

    Əlavə məlumat:

    • Əmək haqqı razılaşma əsasında;
    • İş qrafiki: Altı günlük iş həftəsi
    • İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab, Mingəçevir Müraciət et

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb