Təcrübə Proqramları

İnsan Resursları üzrə ödənişli Yay Təcrübə Proqramı

Profile picture

Tecrube.az

Published: May 28, 2022

İnsan Resursları üzrə ödənişli Yay Təcrübə Proqramı

Təsvir : İnsan Resursları üzrə təcrübəçi çalışdığı bölmə üzrə İnsan resursları üzrə mütəxəssislərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:

İşə qəbul komandası ilə:

  • Yaranan vakansiyaların qarşılanması, uyğun namizədlərin tapılması yönündə aktiv iştirak edir;
  • Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim etmək üçün araşdırma edir;

Sənədləşmə komandası ilə:

  • İşçilərin şəxsi işlərini formalaşdırır, səliqəli saxlayır;
  • İşə qəbul, işdən azad, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və istehsalat əmrlərinin verilməsinə yardım edir;

Payroll komandası ilə:

  • İşçilərinin əmək haqqı hesablanmasına yardım edir;
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işə qəbul edilən, işdən işdən azad edilən, vəzifə dəyişikliyi, sənədləşmə işlərini həyata keçirilməsində kömək edir;
  • Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirir;

Təlim və inkişaf komandası ilə:

    • Təlim bazarı araşdırması edir, təlim şirkətləri ilə əməkdaşlıq üzrə danışıqlar aparır, şirkətin ehtiyacları ilə qarşılaşdırır;
    • Təlimlərin təşkilində iştirak edir, təlim sorğuları keçirir;
    • Rəqəmsal öyrənmə üzrə araşdırma edir və təşəbbüslər göstərir.
  • Tələblər
    • Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
    •  Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməsi üstünlükdür;
    • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

    Səriştələr:

    • Məsuliyyətli
    • Şəxsi inkişafa meylli
    • Pozitiv
    • Özünütəşkiletmə qabiliyyəti
    • Nailiyyət yönümlülük
    • Etibarlılıq
    • Dürüstlük

    Əlavə məlumat:

    • İş qrafiki: Beş günlük iş həftəsi (09:30-18:30);
    • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;

Müraciət et


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram