Təcrübə Proqramları

İnteryer dizayn üzrə təcrübə proqramı

Profile picture

Tecrube.az

Published: January 27, 2023

İnteryer dizayn üzrə təcrübə proqramı

Bestbort MMC şirkəti 2023-cü il üçün interyer dizayn üzrə təcrübə proqramı elan edir!

Mebel dizaynı və istehsalı sahəsində çalışmaq, özünü peşəkar interyer dizayner kimi yetişdirmək istəyən dostlarımızı bu proqrama dəvət edirik.

Proqram barədə məlumat;

  • Proqram 2 aylıq bir müddəti əhatə edəcək
  • Proqram ödənişsizdir, namizədə görə yol və yemək xərcləri qarşılanacaq
  • Proqram mebel dizaynı, istehsalat, quraşdırma və müştəri münasibətlərini əhatə edir
  • Proqram həm real, həm də müəyyən olunmuş keyslərlə iş imkanı təqdim edir
  • Müddətin sonunda şirkət seçilmiş namizəd(lər)i işlə təmin etmə zəmanəti verir
  • Müddətin sonunda bütün iştirakçılara rəsmi sertifikat təqdim olunur

 

İştirakçılar barədə tələblərimiz;

  • AutoCAD, 3DsMax və SketchUp proqramlarında işləmə bacarıqları
  • Render alətlərindən (V-Ray və ya Corona) istifadə bacarıqları
  • Yaradıcı və vizyoner
  • Öyrənməyə (və hətta öyrətməyə) həvəsli

 

İştirakçıların qazanacaqları;

  • Real müştərilərlə iş təcrübəsi
  • İşinin mütəxəssisi tərəfindən daimi mentorluq
  • Dizayn-istehsalat və dizayn-müştəri münasibətlərinin öyrədilməsi

 

Qeydlərimiz;

  • Biz kurs deyilik, adıçəkilən proqram və alətləri təəssüf ki, öyrədə bilməyəcəyik
  • Müraciət zamanı CV-ləriniz sadəcə sizi ilkin olaraq tanımaq üçündür, proqram və alətlərdə iş bacarıqlarınız müsahibə zamanı testdən keçiriləcək
  • Qarşılayacağımız xərcləri siz – namizədlə birlikdə müəyyən edəcəyik, nəzərə alın ki, bu, təcrübə proqramıdır, işə qəbul deyil

 

Müraciət etmək üçün CV-lərinizi careers@bestbort.az e-poçtuna göndərməyiniz xahiş olunur. Seçilmiş namizədlərlə müsahibə təyin olunacaqdır.


Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2025, Tecrube.az komandası tərəfindən hazırlanıb

telegram